Buradasınız: Anasayfa / Mətbəx / Çığırtma Plov Hazırlanması

Çığırtma Plov Hazırlanması

Çığırtma Plov Foto Resept

Bugünki tərifimizin sizlərə plov təriflərindən Çığırtma Plov tərifini izah edəcəyik.

Tərkibi

Toyuq əti – 800 q, düyü 600 q. Paket yağ -160 q. baş soğan 160 q, yumuna 4 əd, limon -60 q və ya 0.2 q limon turşusu. yaxud abqora – 80 q. zəfəran – 0.4 q. duz. istiot.

Hazırlanması

Çığırtma plov üçün toyuq çığırtması iki üsulla hazırlanır;

1. Təmizlənmiş toyuq az miqdar suda yarımhazır olanadək bişirilir. Toyuq bişirilərkən bulyona duz və iri doğranmış soğan qatılır. Toyuq bulyondan çıxarılır, səthinə zəfəran şirəsi sürtülür, 40-50 qr-lıq tikələrə doğranır. Toyuq bulyonunun yağlı yerindən bir qədər götürülüb üzərinə abqora və ya limon şirəsi tökülür. Yumurtadan ayrıca tavada qalın qayqanaq bişirilir və turşulu bulyonun içinə salınır. Tavaya əvvəlcə bişirilmiş toyuq tikələri, üstünə qayqanaq düzülür, turşulu bulyon əlavə edilib, öz buğunda zəif alovda hazır vəziyyətə gətirilir.

2. Toyuq təmizlənir, yuyulur və 40-50 qr-lıq tikələrə doğranır. Tikələrə duz və istiot vurulub tavada azacıq su əlavə edilməklə yarımhazır olanadək bişirilir. Tikələri paket yağı yağında qızaıtmaq da olar. Soğan yağında qızardılır və soyudulur, yumurta, zəfəran şirəsi, duz və istiot vurulub yaxşı qarışdırılır və tavadakı toyuğun üstünə tökülür, abqora və ya limon şirəsi əlavə edilir. Tava qızdırıcı şkafa (duxovkaya) qoyulub hazır vəziyyətə gətirilir. Düyü adi qayda ilə bişirilib dəmə qoyulur. Süfrəyə verilərkən iri dövrəyə çəkilir, üstünə dairəvi qayqanaq qoyulur, kənarlarına qazmaq düzülür. Çığırtma ayrıja boşqabda da süfrəyə verilə bilər. Süfrəyə pay şəklində verdikdə boşqaba plov çəkilir. Yanına çığırtma və bir dilim limon qoyulur, üzərinə paket yağı və çığırtma suyu tökülür. Çığırtma suyu ayrıca piyalədə də qoyula bilər.

Bir Şərh

  1. menim anamda dadil yemekler biwirir men cox beyendim plovu ellerinize saliq

Şərh Yaz

E-mail ünvanınız dərc olunmayacaq. Required fields are marked *

*

Scroll To Top